“Slavyan xalqları keçmiş və müasir dövrdə” mövzusunda elmi mühazirə keçirilmişdir
-lg.jpg)
Martın 12-si 2026-cı il tarixində Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının müdiri, dosent Abutalıb Cəlilov IV kurs tələbələrinə “Slavyan xalqları keçmiş və müasir dövrdə” mövzusunda elmi mühazirə keçmişdir. Elmi mühazirədə Slavyan xalqlarının ən qədim dövrdən müasir dövrə kimi tarixi haqqında məlumat verilmişdir. Mühazirədə hər ölkənin xüsusiyyətləri, onların inkişaf mərhələləri öz əksini tapmışdır. Xüsusi olaraq, keçən əsrin 90-cı illərinin əvvəllərindən indiki zamana qədər olan Slavyan xalqları tarixinin yeni mərhələdə inkişafı işıqlandırılmışdır. Mühazirədə slavyan xalqlarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni məsələləri qeyd edilmişdir.