Regionşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin tədris təcrübəsində növbəti usdat dərs
-lg.jpg)
2026-cı ilin fevral ayının 27-də Regionşünaslıq (Qafqaz üzrə) və Regionşünaslıq (Amerika üzrə) ixtisasının IV kurs tələbələri üçün 803-cü auditoriyada növbəti mühazirə oxundu və mühazirənin mövzusu “Müasir dövrdə beynəlxalq münasibətlərin və dünya siyasətinin aktual problemləri” və “Azərbaycan Respublikasının xarici siyasəti” idi. Məruzəçilər, Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov və “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasının müəllimi, dosent Məmmədağa Baxışov 2 mühüm məsələyə xüsusi diqqət yetirdilər:
- 44 günlük II Qarabağ müharibəsindən 5 il keçməsinə baxmayaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmamasının səbəbləri.
- ABŞ prezidenti D.Trampın təşəbbüsü ilə Sülh Şurasının yaradılması, onun vəzifələri və tərkibi, habelə Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuraya ABŞ prezidenti tərəfindən hər kəsdən əvvəl dəvət olunması.
O cümlədən müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən əhəmiyyətli hadisələrə Azərbaycan Respublikasının başçısının münasibəti və həmin münaqişələrin tənzimlənməsində Azərbaycan rəhbərinin iştirakı və s. əhəmiyyətli məsələlər bugünkü mühazirədə ətraflı şəkildə əhatə olundu. Sonda məruzəçilər tələbələrin maraqlı və əhəmiyyətli suallarına cavab verdilər.