Qənirə Pirquliyeva Özbəkistan Tarix muzeyinin təşkil etdiyi Beynəlxalq seminarda çıxış edib
-lg.jpg)
17.02.2026-cı ildə BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Qənirə Pirquliyeva Özbəkistan Tarix muzeyinin təşkil etdiyi Beynəlxalq seminarda çıxış edib. Çıxış zamanı bir çox ölkələrin nümayəndələri Özbəkistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Karakalpakıstandan idi. Bundan başqa Özbəkistanda fəaliyyət göstərən “Özbəkistanın mədəni irsi” adlı cəmiyyət, Özbəkistanda fəaliyyət göstərən 5-6 muzey, o cümlədən Karakalpakıstan Muxtar Respublikasının Nukus şəhərindəki Tətbiqi sənət muzeyi, Kəmaləddin Behzad İnstitutunun nümayəndələri seminarda iştirak etdilər.
Mövzu üzrə 2 prezentasiya hazırlanmışdı. Mövzunun əsası Azərbaycanda dövlətçiliyin tarixinin numizmatik materaillar əsasında sübut edilməsi idi. Çıxış zamanı ölkəmizin ərazisindən aşkar edilən sikkələr və dəfinələr əsasında Azərbaycan dövlətinin adının, o cümlədən şəhər adlarımızın sikkələrdə təzahürü barədə faktlara əsas yer verildi.