“Qarabağda son arxeoloji tədqiqatların nəticələri” mövzusunda elmi seminar keçirilmişdir
14 May 2026 19:45
-lg.jpg)
14 may 2026-cı il tarixində Bakı Dövlət Universiteti Tarix fakültəsində fəaliyyət göstərən Gənc Arxeoloq dərnəyinin təşkilatçılığı ilə “Qarabağda son arxeoloji tədqiqatların nəticələri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Bakı Dövlət Universiteti Arxeologiya Tədris-Tədqiqat mərkəzinin əməkdaşı Mircavid Ağalarov Qarabağda keçirilən arxeoloji qazıntıların nəticələrini tələbələrlə bölüşmüşdür. Leylatəpə Ağdamda keçirilən Xalkolit dövrünün arxeoloji qazıntılarında diqqət çəkən xüsusi məqamları, yeni tapıntıları və xalkolit dövrünə məxsus keramika nümunələrini diqqətə çatdırmışdır.
Son XƏBƏRLƏR
22.10.2026 | 17:33
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə “Ekskursiya” klubunun birgə təşkilatçılığı ilə İstiqlal Muzeyinə ekskursiya keçirilib
22.10.2026 | 17:26
BDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib
09.10.2026 | 09:51
Tarix fakültəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Addım-addım Zəfərə…” adlı tədbir keçirilib
06.10.2026 | 20:52