Qafqaz xalqları tarixi kafedrasının “Gənc Qafqazşünaslar” dərnəyinin “Nadir Şah şəxsiyyəti Qafqaz tarixində” mövzusunda məşğələsi keçirilmişdir
-lg.jpg)
13 mart 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının “Gənc Qafqazşünaslar” dərnəyinin “ Nadir Şah şəxsiyyəti Qafqaz tarixində” mövzusunda məşğələsi keçirilmişdir.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndi. Tədbirdə Tarix fakültəsinin professor- müəllim heyəti, kafedra müdirləri və tələbələri iştirak etdilər.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova tədbir iştirakçılarını salamladı. Tədbirin əhəmiyyətindən danışarkən şəxsiyyətlərin tarixdə oynadığı rolun, dövlətçiliyin inkişafında apardığı fəaliyyətinin gənclər tərəfindən öyrənilməsinin, obyektiv araşdırılmasının vacibliyini vurğuladı.
Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov çıxışında Qafqaz xalqları tarixi kafedrasının təşkil etdiyi tədbiri yüksək qiymətləndirdi. Nadir şahın, Əfşarlar imperiyasının Qafqaz tarixində oynadığı böyük rolundan bəhs etdi.
Sonra çıxışlar üçün söz “Gənc Qafqazşünaslar” dərnəyinin üzvlərinə verildi.
Əlisahib Cəfərov “XVIII əsrin ll rübündə Qafqaz bölgəsi və Əfşarlar dövlətinin Osmanlı və Rusiya ilə münasibətləri”, Həsənova Gülmərcan “Nadir şahın Qafqazda köçürmə siyasəti”, Babaşova Zəhra “Nadir şahın Cənubi Qafqazı işğaldan azad etməsi”, Natiqə Ələkbərova “Nadir şah Əfşarın Gürcüstan siyasəti”, Hacıyev Murad “Nadir şahın ölümü, Cənubi Qafqazın parçalanması və ümumi Qafqaz idarəçiliyinin itməsi” mövzularında elmi məruzələr ilə çıxış etdilər. Hər bir elmi məruzə maraqlı musiqi nömrələri, vətənpərvər mahnılar, milli rəqslər və şeirlərlə müşayiət olunmuşdur.
Tədbirin sonunda zalda olan bütün tələbə-gənclərin iştiraki ilə “Azərbaycan” adlı musiqi kompozisiyasının ifası ilə yekunlaşdı.