Professor Oqtay Əhmədovun anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir
29 aprel 2025-ci il tarixində BDU-nun Tarix fakültəsində tarixçi alim Oqtay Bəşir oğlu Əhmədovun anadan olmasının 95 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.
BDU-nun Tarix fakültəsində Slavyan ölkələri tarixi kafedrasının təşəbbüsü ilə tanınmış tarixçi alim Oqtay Bəşir oğlu Əhmədovun anadan olmasının 95 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə fakültə dekanı professor İbrahim Zeynalov açdı. Sonra Slavyan ölkələri tarixi kafedrasının müdiri dosent Abutalıb Cəlilov Oqtay Əhmədovun həyat və elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verdi. Tədbirin gedişində akademik Yaqub Mahmudov, professor Əsmət Muxtarova, professor İsmayıl Məmmədov, dosent Sevda Hüseynova və oğlu Hikmət Əhmədov Oqtay Əhmədov barədə xatirələrini bölüşdülər. Tədbirdə alim həyatı haqqında video çarx nümayiş etdirildi.