Prezident Kitabxanasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı: Səssizlərin səsi” adlı fotosərgi və konfrans keçirilib
-lg.jpg)
23 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezident Kitabxasında keçirilən və Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı: Səssizlərin səsi” adlı fotosərgi və konfransda Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz məruzə etmişdir. Məruzədə Xocalı soyqırımı baş verməyə bilərdimi məsələsinə aydınlıq gətirən natiq bu soyqırımın başvermə səbəbləri, rus-erməni birliklərinin onu həyata keçirdiyi üsullar və nəticələrini müqayisəli təhlil metodu ilə iştirakçıların diqqətinə çatdırdı. Boran Əziz Xocalını könüllü dəstənin tərkibində Xocalını mühasirədən qurtarmaq üçün həyata keçirilən döyüşdə vuruşduğunu, lakin Əsgəranın girişinə qədər gedə bildikləri, səhərisi gün BDU-nun keçmiş hüquqşünası Tofiq Sadıqovla birlikdə soyqırım qurbanı Xocalı şəhidlərinin meyidlərinin Qarayara tərəfdən Ağdam məscidinə gətirdiyi dəhşətli anlardan bəhs etdi. Tədbirdə təşkil olunan fotosərgidə müəllifin Xocalı soyqırımına həsr olunan, ölkəmizdə və xaricdə nəşr olunmuş dörd kitabı da nümayiş etdirilmişdir.