Milli Kitabxanada “Professor Anar İsgəndərov” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
25 May 2021 22:23
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən görkəmli Azərbaycan tarixçisi, professor Anar İsgəndərovun həyat və fəaliyyətini əks etdirən “Professor Anar İsgəndərov” adlı virtual sərgi hazırlanıb.
Anar İsgəndərov 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir. O, ilk dəfə olaraq bir əsr ərzində türk-müsəlman soyqırımı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş əsərlərin tarixşünaslıq baxımından təhlil etmişdir.
Anar İsgəndərov 2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasındakı xidmətlərinə görə “Qızıl döş nişanı” ilə, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə, 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
Təqdim olunan virtual sərgidə professor Anar İsgəndərov haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, onun müəllifi, tərtibçisi, redaktoru olduğu kitablar, müsahibələri, məqalələri, mükafatları və fotolar nümayiş olunur.
Son XƏBƏRLƏR
19.11.2024 | 13:28
2020-ci il Vətən Müharibəsində qazanılan Qələbəyə həsr olunan esse müsabiqəsi keçirilmişdir.
19.11.2024 | 13:21