Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında Elmi seminar keçirilib
-lg.jpg)
27 noyabr 2025-ci il tarixində Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Arzu Xəlilzadənin "IV Sənaye İnqilabı və onun Azərbaycana təsirləri" mövzusunda elmi seminarı keçirilib. Elmi seminarda müasir mərhələdə IV Sənaye inqilabının başlanması və onun Azərbaycana təsirlərindən bəhs olundu və sonuncu sənaye inqilabının xüsusiyyətləri, yeni trendlər, informasiya-kommunikasiya texnologiyalarının, rəqəmsallaşmanın daha geniş fəaliyyət sahələrinə tətbiq edilməsi, Azərbaycanın dünyada baş verən texnoloji yeniliklərə uyğunlaşmasına diqqət yetirildi. Eyni zamanda Azərbaycanın IV Sənaye inqilabının çağırışlarına cavab verməkdə geniş imkanlara malik olduğu və texnoloji yeniliklərdən müxtəlif sahələrdə istifadə etməsi də diqqətə çatdırıldı.