Məmmədzadə Ülkər Kərim qızı Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq konfransında iştirak etmişdir
-lg.jpg)
Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi 26–27 mart 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən “Engineering, Science and Education (ESE-2026)” beynəlxalq konfransında iştirak etmişdir. Konfrans müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirərək elm, təhsil və multidissiplinar araşdırmalar sahəsində aktual məsələlərin müzakirəsi üçün mühüm elmi platforma yaratmışdır. Konfrans çərçivəsində Ülkər Məmmədzadə “Türk dünyasının tarixi-mədəni əlaqələri və müasir dövrdə elmi inteqrasiya məsələləri” mövzusunda çıxış etmişdir. Məruzədə türk xalqları arasında formalaşmış tarixi əlaqələrin, ortaq mədəni dəyərlərin və bu irsin müasir elmi düşüncədə yerinin əhəmiyyəti qeyd olunmuşdur. Eyni zamanda, tarixi irsin öyrənilməsi və qorunması istiqamətində beynəlxalq akademik əməkdaşlığın vacibliyi vurğulanmışdır. Konfransda iştirak yeni elmi əlaqələrin qurulması, fikir mübadiləsinin aparılması, universitetlər arası münasibətlərin gücləndirilməsi və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca faydalı olmuşdur.