Məmmədzadə Ülkər Kərim qızı Beynəlxalq Ankara Elmi Araşdırmalar və Müasir Yeniliklər konfransında iştirak etmişdir.
Tarix fakültəsi Qafqaz xalqları tarixi kafedrasının müəllimi Məmmədzadə Ülkər Kərim qızı 2025-ci il martın 23-24-də Beynəlxalq Ankara Elmi Araşdırmalar və Müasir Yeniliklər konfransında iştirak etmiş və “Cənubi Qafqaz gerçəklikləri: Qərbi Azərbaycana tarixi baxış bucağı” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə soydaşlarımızın XX əsr ərzində ermənilər tərəfindən öz əzəli torpaqlarından mərhələli şəkildə deportasiya edilməsindən bəhs edilmişdir. Burada yaşayan azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Ümumilikdə isə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına məruz qalmışdır. İkinci Qarabağ müharibəsində əldə olunan zəfər soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı üçün yeni bir mərhələ oldu və 2022-ci ildə hazırlanmış Qayıdış konsepsiyasına əsasən tarixi ədalət mütləq bərpa olunacaqdır. Konfransın sonunda çıxış edənlərə sertifikat təqdim edilmişdir.