Kukla muzeyinə ekskursiya təşkil edilib
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Tarix fakültəsinin təşkilatçılığı ilə Kukla muzeyinə ekskursiya təşkil edilib. Əsas məqsəd tələbələrin mədəni biliklərini genişləndirmək, onların yaradıcılıq dünyasını zənginləşdirmək və milli mədəniyyətimizlə yaxından tanış olmalarına şərait yaratmaq idi. Ekskursiya zamanı tələbələr muzeyin müxtəlif ekspozisiyaları ilə tanış oldular və kukla sənətinin tarixi, hazırlanma prosesi və kuklaların mədəni irsimizdəki rolu haqqında geniş məlumat aldılar. Onlar həmçinin fərqli dövrlərə aid kuklaları, xalq nağılları və dünya ədəbiyyatının məşhur qəhrəmanlarını əks etdirən eksponatları maraqla izlədilər. Ekskursiya yüksək maraqla qarşılandı və tələbələr üçün həm maarifləndirici, həm də əyləncəli bir gün oldu.