“İlin Gənc alimi – 2025” adına layiq görülmüş Mircavid Ağalarov ilə tələbələrin interaktiv görüşü keçirilib.
-lg.jpg)
31.10.2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Tarix fakültəsinin məzunu, AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi, Prezident mükafatına və “İlin Gənc alimi – 2025” adına layiq görülmüş Mircavid Ağalarov ilə tələbələrin interaktiv görüşü keçirilib. Görüşü giriş sözü ilə Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev açaraq, fakültənin məzunları ilə əlaqələrin əhəmiyyətindən, onların tələbələr üçün motivasiya mənbəyi olmasından və Mircavid Ağalarovun uğurlu gənc arxeoloq olmasından danışıb. Daha sonra çıxış edən Mircavid Ağalarov tələbələrə elmi fəaliyyətə gənc yaşlarından maraq göstərməyin vacibliyindən, arxeologiya sahəsindəki təcrübəsindən və elm yolundakı çətinliklərlə yanaşı qazandığı uğurlardan bəhs edib. Mircavid Ağalarov həmçinin tələbələrə bir arxeoloqun istifadə etdiyi əsas alətləri təqdim etmiş, tələbələrin suallarını cavablandırmış, Tarix fakültəsində təhsil aldığı zamanlardakı xatirələrini tələbələrlə bölüşmüş, onlara gələcək karyera planlaşdırılması və elmi istiqamətlərin seçimi ilə bağlı faydalı məsləhətlər vermişdir. Görüş Mircavid Ağalarov, müəllimlər və tələbələr arasında səmimi müzakirə və interaktiv şəraitdə keçib.