“Gənc Qafqazşünaslar” dərnəyinin “Zəfər aparan yol: Cənubi Qafqazda yeni geosiyasi reallıqlar” mövzusunda məşğələ keçirilmişdir
23 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində Qafqaz xalqları tarixi kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Qafqazşünaslar” dərnəyinin “Zəfər aparan yol: Cənubi Qafqazda yeni geosiyasi reallıqlar” mövzusunda növbəti məşğələsi keçirilmişdir. Tədbir Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın başçılığı ilə həyata keçirilirdi. Tədbiri açıq elan edən Qafqaz xalqları tarixi kafedrasının müəllimi, t.ü.f.d Leyla Vaqif qızı tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsindən sonra Qafqazda yaranan yeni geosiyasi reallıqlardan, onun bölgə üçün təsirindən bəhs etdi. Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə başladı. T032-ci qrupdan olan Rəhimli Esmira “Ermənilərin saxta torpaq iddiaları” mövzusunda məruzə ilə çıxış etmişdir. T032-ci qrupun növbəti nümayəndəsi Şirinova Nüşabə “ Zəfərə gedən yol” adlı məruzə ilə çıxış edərək 44 günlük Vətən müharibəsinə qədər Azərbaycanın keçdiyi sancılı yollardan danışmışdır. “Torpağın səsi” mahnısını ifadə edən Rəhimli Esmira və onu müşaiyət edən Abdullayeva Nəzrin tədbir iştirakçılarının diqqətini daha da cəlb etmişdir. Kərimli Selcan “Fakültəmizin qəhrəman şəhidləri” məruzəsi ilə Azərbaycanın ərazilərinin işğaldan azad olunması, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş qəhrəman oğullarımızın fəalliyyətindən danışmışdır. Məruzədən dərhal sonra Rəhimli Esmira və onu müşaiyət edən Abdullayeva Nəzrin tərəfindən ifa edilən “Şəhid arzuları” mahnısı tədbir iştirakçılarına duyğusal anlar yaşatdı. Xəlilov Samir “Geosiyasi reallıqlar” və Əliyeva Validə “Böyük Qayıdış” məruzələri ilə tədbirdə çıxış etdilər. Nəsirova Firuzə “Azərbaycan” şeirini səsləndirdi. Tədbir “Yaşa Azərbaycan” mahnısının Rəhimli Esmira və onu müşaiyət edən Abdullayeva Nəzrin tərəfindən ifa edilməsi ilə başa çatmışdır.
Tədbir professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.