Filologiya və Tarix fakültələrinin (THİK) birgə təşkilatçılığı ilə tələbələrin Üzeyir Hacıbəylinin ev muzeyinə maarifləndirici ziyarəti həyata keçirilib.
15.05.2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Filologiya və Tarix fakültələri Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə tələbələrin Üzeyir Hacıbəylinin ev muzeyinə maarifləndirici ziyarəti həyata keçirilib. Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin ev muzeyində keçirilən ekskursiya zamanı tələbələr onun zəngin həyat yolu, yaradıcılığı və Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərləri müşahidə ediblər. Muzeydə bəstəkarın şəxsi əşyaları, əlyazmaları, fotoları və dövrün mədəni həyatını əks etdirən eksponatlar gənclərin böyük marağına səbəb olub. Ziyarət, həmçinin, tələbələrin musiqi və mədəniyyət sahəsinə olan baxışlarına yeni çalarlar qatıb, onları milli irsimizə daha da yaxınlaşdırıb. Tarix və mədəniyyətin qovuşduğu bu ziyarət, tələbələr üçün həm informativ, həm də ruhlandırıcı bir təcrübə olub.