“Filmlərimizin İzləri” adlı film viktorinası keçirilib
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Tarix fakültəsinin təşkilatçılığı ilə “Filmlərimizin İzləri” adlı film viktorinası keçirilib.
Layihənin məqsədi gənclərin Azərbaycan retro kino irsi haqqında məlumatlılığını artırmaq, tələbələr arasında mədəni maarifləndirməni təşviq etmək idi.
Viktorina çərçivəsində iştirakçılara retro filmlərimizin mövzuları haqqında müxtəlif suallar təqdim olundu. Tələbələrin fəallığı, marağı və mövzuya yanaşma tərzi tədbirin yüksək səviyyədə keçməsinə şərait yaratdı.
Sonda isə fərqlənən iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıldı. Tədbir tələbələrin milli kino irsimizə olan marağını daha da artırdı.