Fakültədə növbəti açıq dərs keçirilib
14 dekabr 2023-cü ildə Tarix fakültəsi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın T1112-ci qrup tələbələri ilə açıq dərsi keçirildi. Azərbaycan tarixşünaslığının aktual mövzularından: "Azərbaycan xanlıqlarının tarixşünaslığı", "Milli hərəkatın tarixşünaslığı", "Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı" adlı mövzuları komandalara ayrılmaqla, yüksək şəkildə təqdimatlarla müzakirə edildi. Müzakirələrdə hər komandanın üzvləri fəallıq göstərdilər. Qrup şəklində müzakirələrin əhəmiyyəti ondan ibarətdir ki, dərs müddətində demək olar ki, bütün tələbələr fəallıq göstərdilər və bilikləri yüksək qiymətləndirildi. Açıq dərsdə fakültənin dekanı prof.İbrahim Zeynalov iştirak etmişdir.