FAKÜLTƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANS İŞİNİ DAVAM ETDİRİR
Dekabrın 20-də 4 bölmə ilə işini davam etdirən ilə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi konfransda 63 məruzə (ondan 3-ü Türkiyədən onlayn qaydada, 3-ü Özbəkistandan onlayn qaydada, 1 Rusiyadan əyani qaydada olmaqla) dinlənildi. Dinlənilən 56 məruzədən 14 məruzə ölkədaxili diğər universitetlər və institutlardan (Gəncə Dövlət Universiteti - 1, Milli Aviasiya Akademiyası – 1, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti -1, İçərişəhər Dövlət Memarlıq və Qoruq İdarəsi – 1, Milli Azərbaycan Tarix Muzeyi – 1, Milli Azərbaycan Tarix Muzeyi – 1, AMEA Folklor İnstitu - 3, AMEA Naxçıvan bölməsi - 1, İncəsənət, Dil və Ədəbiyyat İnstitu – 1, Xəzər Universiteti – 1, Azərbaycan UNiversiteti - 2) olan məruzəçilər tərəfindən edildi. 37 məruzə elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə doktorantlara və magistrantlara aiddir.
Konfransda maraqlı təkliflərlə çıxışlar oldu. Məsələn, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Türkmənistan təmsilçisi, professor Oquljeren Hacıyeva, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin dosenti Ahmet Edi II beynəlxalq konfransın təmsil etdikləri Universitet və ölkələrdə keçirilməsini təklif etdilər.
Sonda bölmə sədrlərinin hesabatları və bağlanış mərasimi oldu. 100-dən çox qonaq və məruzəçi iştirakı ilə keçən beynəlxalq konfrans maraqlı müzakirələrlə yadda qaldı.