“Etnoqrafiya” dərnəyinin rəhbəri Rəna İbrahimovanın təşkilatçılığı ilə Novruz xonçalarının nümayişi keçirilib
-lg.jpg)
Arxeologiya və etnoqrafiya kafedrasının nəzdində fəaliyyət göstərən “Etnoqrafiya” dərnəyinin rəhbəri Rəna İbrahimovanın təşkilatçılığı ilə I kurs müxtəlif qrup tələbələrinin hazırladıqları Novruz xonçalarının nümayişi keçirilib. Tədbir dərs çərçivəsində təşkil olunaraq tələbələrin milli-mədəni irsə marağının artırılması və ənənəvi dəyərlərin təbliği məqsədi daşıyıb.
Nümayiş zamanı tələbələr tərəfindən hazırlanmış müxtəlif kompozisiyalı xonçalar təqdim olunub, onların hazırlanma xüsusiyyətləri və simvolik mənaları haqqında məlumat verilib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Novruz ənənələrinin yaşadılması baxımından əhəmiyyətli olub.