“Ermənistanla Azərbaycan Respublikası arasında tənzimləmə prosesində Avropa ittifaqının iştirakı” mövzusunda seminar
2023-cü ilin dekabrın 29-da saat 10:00-da Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında növbəti elmi seminar keçirilmişdir. Seminarda kafedranın dosenti Məmmədağa Baxışov məruzə ilə çıxış etmişdir. Məruzənin mövzusu “Ermənistanla Azərbaycan Respublikası arasında tənzimləmə prosesində Avropa ittifaqının iştirakı” olmuşdur. Məruzədə 1988-2020-ci illər arasındakı dövrdəki Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişədə Avropa ittifaqının mövqeyi, 44 günlük vətən müharibəsi dövründə Avropa ittifaqının hadisəyə münasibəti, post-müharibə dövründə Avropa ittifaqının mövqeyi kimi məsələlərə toxunulmuşdur. Məruzə seminar iştirakçılarının marağına səbəb olmuşdur.