Əməkdaşlarımız “Qərbi Azərbaycan: Böyük qayıdışa gedən yol” mövzusunda I Beynəlxalq Konqresdə iştirak etmişlər
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Arxeologiya və etnoqrafiya” kafedrasının müəllimləri t.ü.f.d. Hicran Rəhman qızı Mahmudova, t.ü.f.d. Fəxriyyə Həvil qızı Həvilova və Almaz Yavər qızı Şabanova 2023-cü ilin noyabr ayının 23-24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması tərəfindən keçirilən “Qərbi Azərbaycan: Böyük qayıdışa gedən yol” mövzusunda I Beynəlxalq Konqresdə iştirak etmişlər.
Hicran Mahmudova “Qərbi Azərbaycanın arxeoloji irsi: ənənələr və varislik”, Fəxriyyə Həvilova “Etnoqrafik tədqiqatlarda aşıq yaradıcılığı və Göyçə aşıq məktəbi”, Almaz Şabanova “ Qərbi Azərbaycan xalçalarında rəng semantikası” mövzusunda çıxışları Konqres iştirakçıları tərəfindən maraqla qarşılandı. Bağlanış mərasimində Hicran Mahmudova çıxış edərək, Konqresin elmi-tarixi əhəmiyyətini vurğuladı və yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığını bildirdi.