El bilir ki, sən mənimsən
5 May 2023 14:24

Bakı Dövlət Universitetinin Tarix fakültəsində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "El bilir ki, sən mənimsən" adlı şeir günü keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilib. Sonra isə ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbiri açıq elan edən Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiklərindən, dahi şəxsiyyətin Azərbaycanı öz canından da artıq sevməsindən danışıb və bildirib ki, Azərbaycan xalqının qəlbindəki Heydər Əliyev sevgisi heç bir zaman ölməyəcək. Şeir günündə Tarix fakültəsinin tələbələri Gülarə Mehdizadə, Leyla Sərkərova, Səbinə Əsgərova, Şəbnəm İsmayılova, Mehdi Rzayev, Röya Mehdizadə, Əli Abdullayev, Şəbnəm İsmayılova öz yazdıqları şeirləri səsləndiriblər. Sonda Ulu Öndərə həsr olunmuş daha bir videoçarx nümayiş etdirilib.
Son XƏBƏRLƏR
22.10.2026 | 17:33
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə “Ekskursiya” klubunun birgə təşkilatçılığı ilə İstiqlal Muzeyinə ekskursiya keçirilib
22.10.2026 | 17:26
BDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib
09.10.2026 | 09:51
Tarix fakültəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Addım-addım Zəfərə…” adlı tədbir keçirilib
06.10.2026 | 20:52