Dosenti Səidə Quliyeva 6-cı Beynəlxalq New York Akademik Tədqiqat Konqresində iştirak edib.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində “Dünya azərbaycanlıları: tarixi - demoqrafiya” elmi tədqiqat laboratoriyasının dosenti Səidə Quliyeva 12-14 noyabr 2022-ci il tarixində keçirilən 6-cı Beynəlxalq New York Akademik Tədqiqat Konqresində (6th International New York Academic Research Congress, New York, Albany – United States) iştirak edib.
S.Quliyeva simpoziumda “XIX. yüzyılda Azerbaycan'da meydana gelen tarihi ve demografik olayları incelemek için bir kaynak olarak "Kafkas takvimi"” (XIX əsrdə Azərbaycanda baş verən tarixi-demoqrafik dəyişikləri təhlil etmək üçün “Qafqaz təqvim” i mövzusunda məruzə edib.
Məruzədə Rusiya imperiyasının türk xalqları yaşayan əraziləri işğal etdikdən sonra işğalçılıq siyasəti dövrün mənbələri əsasında açıqlanır. Müəllif qeyd edib ki, “Qafqaz təqvimi” Şimali Azərbaycanda baş verən tarixi-demoqrafik prosesləri öyrənmək üçün əsas mənbələrdən biridir. Belə ki, 1845-1917-ci illərə aid 47 kitabdan ibarət olan təqvim əhalinin etnik tərkibindəki dəyişiklikləri, ermənilərin regiona köçürülməsini, məscid və kilsələrinin sayındakı dəyişiklikləri, regionun idarə edilməsində müstəmləkə siyasətini sübut edir. Məruzədə təqvimdə əks olunan materiallar digər mənbələrlə müqayisə edilərək təqdim edilmişdir.
Konqresdə Azərbaycan, Özbəkistan, Pakistan, Çin, Hindistan, Malaziya, Banqladeş, Filippin, Nigeriya, Əlcəzair, Laos və digər ölkələrin alimlərinin iştirakı ilə keçirilən konqresdə 100-ə yaxın məruzə dinlənilib. Məruzəçilərə iştiraklarına və məruzə etdiklərinə görə sertifikat təqdim edilib.