"Böyük Vətən müharibəsində qadınların rolu" adlı tədbir keçirilib.
"BDU Könüllüləri" təşkilatının Tarix fakültəsi və "PsychoSupport" SDG klubunun birgə təşəbbüsü ilə 9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş "Böyük Vətən müharibəsində qadınların rolu" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dekanı İbrahim Zeynalov çıxış edərək Azərbaycanın dövlətçilik tarixi, xalqımızın əsrlər boyu göstərdiyi şücaət və vətənin müdafiəsini özü üçün əsas amal bilən qəhrəmanlarımız haqqında ətraflı məlumat verib.
Daha sonra tələbələr qadın hüquqları və tarixdə qadınların rolu ilə bağlı çıxışlar edib, şeirlər səsləndiriblər.
Tədbir Qarabağ müharibəsi zamanı şəhid olmuş qadınlara həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb.