"Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik" tədbir
28 May 2023 22:03
26.05.2023-cü il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsi və Tələbə Gənclər Təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik" adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilib. Sonra isə ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Tarix fakültəsinin “Arxeologiya və etnoqrafiya” kafedrasının müdiri Kərəm Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, tarixindən onun qurucularının Azərbaycan xalqını öz canından da artıq sevməsindən danışıb.
Sonra isə Tarix fakültəsinin “Slavyan ölkələri tarixi” kafedrasının müəllimi Məharət Osmanlı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını yad edərək onlar haqqında geniş məlumat verib.
Sonra isə Tarix fakültəsinin 1-ci kurs tələbəsi Şölə Əliyevə öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin yoldan ətraflı danışıb.
Sonda ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Son XƏBƏRLƏR
20.06.2025 | 14:32
“Türk dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları” jurnalının 2025-ci il tarixli 2-ci sayı nəşr edilib
05.06.2025 | 15:19
Tarix fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar keçirilib
02.06.2025 | 13:49