BDU Tarix fakültəsinin növbəti tarixi uğuru!
BDU Tarix fakültəsinin növbəti tarixi uğuru! Bakı Dövlət Universiteti (BDU) 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub. Belə ki, BDU Tarix fakültəsinin “Xarı Bülbül” komandası yarışmada II yerə layiq görülüb. Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar. Bu böyük qələbə münasibətilə BDU-nun qalib komandalarını və bütün Universitet kollektivini təbrik edirik!