BDU Tarix fakültəsinin komandası Robotex International yarışmasında birinci yerə layiq görülüb.
BDU Tarix fakültəsinin komandası Robotex International yarışmasında birinci yerə layiq görülüb. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələrindən ibarət “Xarıbülbül” komandası 2025-ci ilin aprel ayında Bakı şəhərində keçirilmiş Robotex International beynəlxalq robot yarışmasının dörddəbir final mərhələsində uğurla çıxış edərək “Yaşıl sahibkarlıq” kateqoriyası üzrə universitetlərarası yarışda birinci yerə layiq görülmüşdür. Komanda nümayəndələri yüksək nəticə göstərərək Türkiyədə keçiriləcək beynəlxalq final mərhələsinə vəsiqə qazanmışdır. Komanda yarışmanın sonunda kubok və sertifikatlarla təltif olunmuşdur. Komandanın tərkibi: IV kurs 015Tİ qrup tələbəsi Hüseyn Quliyev, IV kurs T1112 qrup tələbəsi Aslanov Şükran, IV kurs 015Tİ qrup tələbəsi Rəsulova Leyla, III kurs T1124 qrup tələbəsi Əlizadə Mirtağı komandanın üzvləri və mentorunu qazandıqları uğur münasibətilə təbrik edir, beynəlxalq mərhələdə onlara uğurlar arzulayırıq.