BDU-nun Tarix fakültəsinin tələbələri XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində
6 Mart 2022 13:29

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı tələbələrə 2015-ci ilin mart ayından fəaliyyət göstərən Mərkəz haqında məlumatlar verilib. Mərkəzin yalnız Azərbaycanda deyil, regionda müasir incəsənətin inkişafına töhfələr verdiyi diqqətə çatdırılıb.
Tələbələr ziyarət çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycanın aparıcı rəssamlarının əsərləri ilə tanış olublar.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında baş tutub. Burada həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir.
Son XƏBƏRLƏR
09.06.2026 | 10:58
Tarix fakültəsinin IV və V kurs tələbələri istehsalat təcrübəsində
02.06.2026 | 19:50
“Qərbi Azərbaycanın əhalisinin demoqrafik vəziyyəti (XIX əsrin sonu - XX əsrin əvvəli)” mövzusunda elmi seminar keçirilib
02.06.2026 | 19:21