Soyqırım qurbanlarını anılıb
31 Mart 2022 11:10
30.03.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 31 Mart soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 31 Mart soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov giriş sözü ilə çıxış edərək 31 Mart soyqırımının səbəblərindən, həmin dövrdə ermənilərin törətdiyi vəhşilikdən bəhs edib.
Daha sonra çıxış edən Tarix fakültəsinin tədris məsələləri üzrə dekan müavini Elşən Aslanov soyqırımı törətməkdə əsas məqsədin nə olduğunu, 1918-ci ildə xalqımıza qarşı törədilən bu vəhşiliyin də qisasının Vətən müharibəsi zamanı ordumuz tərəfindən alındığını qeyd edib.
Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri Tahir Əliyev çıxış edərək gənc nəslə bildirib ki, hər il 31 Mart soyqırımının anılması, gələcək nəslin də bu tarixi hadisələri unutmaması üçün əlimizdən gələni etməliyik.
Tarix fakültəsinin II kurs tələbəsi Təvəkgül Vəliyev çıxış edərək 31 Mart soyqırımının araşdırılmasını, 1918-ci il qurbanlarının xatirəsinin anılmasını qeyd edərək bu hadisələri unutmamalı olduğumuzu bildirib.
Tarix fakültəsinin I kurs tələbəsi Gülsüm Rəhimova 1918-ci il 31 mart hadisələrindən sonra xalqımızın ayağa qalxaraq müstəqil dövlət olmaq ideyası arxasında birləşdiklərini və Azərbaycan Xalq Cümhuriyyətinə doğru gedən yolu qeyd edib.
Daha sonra Filologiya fakültəsinin I kurs tələbəsi Ülviyyə Orucova soyqırım qurbanlarına həsr olunmuş şeir səsləndirərək, bədii çıxış edib.
Sonda tələbələr tərəfindən hazırlanmış videorolik izlənilib.
Son XƏBƏRLƏR
19.11.2024 | 13:28
2020-ci il Vətən Müharibəsində qazanılan Qələbəyə həsr olunan esse müsabiqəsi keçirilmişdir.
19.11.2024 | 13:21