BDU-NUN 14 TƏLƏBƏSİNƏ AZƏRBAYCAN TƏHSİL İŞÇİLƏRİ AZAD HƏMKARLAR İTTİFAQI RESPUBLİKA KOMİTƏSİNİN ADLI TƏQAÜDÜ VERİLİB
BDU-nun 14 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə adlı təqaüd təqdim edilib. Onların arasında BDU-nun 14 tələbəsi - Aişə Teymurlu, İnci Bayramlı, Aydan Paşazadə, Nəzrin Məmmədzadə, Aycan Eyvazlı, Tərlalə Abbaslı, Ləman Lazımzadə, Salman Vahabov, Hüseyn Hüseynli, Aysu Mehdiyeva, Əli Ələkbərli, Fidan Qəniyeva,Rəvan Məmmədov,Cavidan Xankişiyev də var. Qeyd edək ki, 14 nəfər tələbə arasında Tarix fakültəsinin tələbələri- III kurs TM027 qrup tələbəsi Əli Ələkbərli, II kurs RAİ009 qrup tələbəsi Aişə Teymurlu, III kurs TM092 qrup tələbəsi Cavidan Xankişiyev də var. Tarix fakültəsi adından tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.