BDU-da "Şəhidlərimizə və qazilərimizə qayğı dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir" adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Şəhidlərimizə və qazilərimizə qayğı dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir" adlı onlayn tədbir keçirilib.
Tədbirdə tələbələr Fidan Omarova, Nigar Allahverdiyeva, Neymət Ağazadə çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi işinin uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən olduğunu bildiriblər, torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşıldığından bəhs ediblər.
Sonda Tarix fakültəsinin müəllimi Xumar Səfərova çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.