BDU-da "Qarabağın bərpası və yeni iqtisadi imkanlar" adlı tədbir keçirilib
Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Şəhidlər - mənəviyyata açılan pəncərə" adlı onlayn tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU THİK sədri Hacıbaba Mustafayev Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, bu qələbəni bizə bəxş edən qəhrəman döyüşçülərimizə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən Şəhid ailələrinə göstərilən dövlət qayğısı haqqında danışıb. Bu istiqamətdə tələbə təşkilatı kimi Həmkarlar İttifaqlarının da əhəmiyyətli tədbirlər görə biləcəyindən bəhs edib.
Daha sonra Tarix fakültəsinin tələbəsi Cabir Əliyev Vətən müharibəsində qazanılmış Şanlı Qələbədən, ermənilərin Qarabağdaki işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulan maddi-mənəvi zərər, eyni zamanda, şəhid və qazilərin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilən layihələrdən danışıblar.