BDU-da Elm gününə həsr olunmuş ilk mühazirə keçirilib
19 Mart 2021 12:00

Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən "Azərbaycan tarixinin aktual elmi problemləri, onların tədqiqi və tədrisi məsələləri" mövzusunda onlayn mühazirə keçirilib. Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova BDU-nun və BDU-nun Qazax filialının professor-müəllim heyəti və tələbələrinə mühazirə oxuyub.
K.Nəcəfova Azərbaycan tarix elminin aktual problemləri, onların tədqiqi və tədrisi məsələləri, Azərbaycan adının anlamı və tarixi coğrafiyası, soykökü problemi və etnogenez, Azərbaycan tarixinin dövrləşdirilməsi, mənbəşünaslığı və tarixşünaslığı məsələləri haqqında geniş məlumat verib. Eyni zamanda yadelli işğalçılara qarşı azadlıq hərəkatı və Azərbaycan xalqının qəhrəmanlıq tarixi, tarixi saxtalaşdıranlara qarşı mübarizə: erməni yalanları və həqiqətlər, milli dövlətçilik tarixinin əsas mərhələləri haqqında Ümummilli Lider Heydər Əliyevin tövsiyələri, Azərbaycanın maddi-mədəniyyət tarixi, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə və onun Azərbaycan tarixində yeri və s. məsələlərə toxunub.
Son XƏBƏRLƏR
22.10.2026 | 17:33
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə “Ekskursiya” klubunun birgə təşkilatçılığı ilə İstiqlal Muzeyinə ekskursiya keçirilib
22.10.2026 | 17:26
BDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib
09.10.2026 | 09:51
Tarix fakültəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Addım-addım Zəfərə…” adlı tədbir keçirilib
06.10.2026 | 20:52