“Bakı Dövlət Universitetinin tarix yazan məzunu-BDU-dan başlayan liderlik hekayəsi!” adlı tədbir
Tarix fakültəsi Tələbə Elmi cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Bakı Dövlət Universitetinin tarix yazan məzunu-BDU-dan başlayan liderlik hekayəsi!” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BDU-nun Tarix fakültəsinin dekanı profesor İbrahim Zeynalov ümumilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat vermiş və Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev öz fikirlərini dilə gətirmişdir. Daha sonra ümummilli lider Heydər Əliyevin həyat yolunu və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tarix fakültəsinin II kurs tələbəsi Nurəliyeva Çimnaz “Heydər Əliyev (1982-1987-ci illər)” mövzusunda, I kurs tələbələri Əlizadə Maral “Heydər Əliyev (1990-1993-cü illər)” mözusunda və Abdullayeva Nigar “Heydər Əliyev-Müstəqil Azərbaycanın qurucusu və qoruyucusu (1993-2003)” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzəçilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında əhəmiyyətli nüanslara toxunmuşlar.