Bakı Dövlət Universitetinin Tarix və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş onlayn tədbir keçirilib.
30 Mart 2021 12:00
30 mart 2021-ci ildə Bakı Dövlət Universitetinin Tarix və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbir iştirakçılarını salamlayan Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini dosent Bəxtiyar Nəbiyev 1918-ci il mart hadisələrinin mahiyyətindən danışdı və karantin dövründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin universitet əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların, tələbələrin elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirdi.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, t.e.d., professor Anar İsgəndərov "1918-ci il mart soyqırımı Azərbaycan tarixşünaslığında" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Azərbaycan tarixşünaslığında 1918-ci il mart soyqırımı mövzusunun tədqiqi, hadisələrin Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında təhlili, mart soyqırımını doğuran səbəblər, faciəli hadisələrin gedişi və ağır nəticələri, 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı qələbə ilə bütün soyqırım qurbanlarının qisasının alınması və digər aktual məsələlərə diqqət yetirmişdir.
Tarix fakültəsinin dekan vəzifəsini icra edən, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru İbrahim Zeynalov, Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova, Coğrafiya fakültəsinin “Xarici ölkələrin iqtisadi turizm və siyasi coğrafiyası” kafedrasının müdiri, dosent Həbibə Soltanova, Tarix fakültəsinin THT-nın sədri, IV kurs tələbəsi Əli Babazadə mövzu ilə bağlı maraqlı çıxışlar etdilər.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirdə 186 nəfərə qədər iştirakçı olub və tədbir maraqlı müzakirələlə yadda qalıb.
Son XƏBƏRLƏR
19.11.2024 | 13:28
2020-ci il Vətən Müharibəsində qazanılan Qələbəyə həsr olunan esse müsabiqəsi keçirilmişdir.
19.11.2024 | 13:21