Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları tərəfindən 4-cü kurs tələbələri ilə görüş keçirilmişdir.
-lg.jpg)
24.10.2025 tarixində Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsində Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları tərəfindən 4-cü kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşün əsas məqsədi tələbələrin gələcək karyera planlaşdırması və əmək bazarına uyğunlaşması olmuşdur. Mərkəzin əməkdaşları tələbələrə universitetin karyera dəstək imkanları, təcrübə proqramları, və işəgötürənlərlə əməkdaşlıq layihələri barədə ətraflı məlumat veriblər. Görüş zamanı CV hazırlanması, müsahibəyə hazırlıq, dövlət və özəl sektorda karyera imkanları mövzularında da praktiki tövsiyələr səsləndirilib. Görüş səmimi müzakirə şəraitində keçib və tələbələr tərəfindən maraqla qarşılanıb.