“Bakı Dövlət Universitetinin fəxri məzunu Heydər Əliyev” mövzusunda tədbir
10 Aprel 2023 14:27

07.04.2023-cü il tarixindəBakı Dövlət Universteti Tarix və Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Bakı Dövlət Universitetinin fəxri məzunu Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının sədr muavini Əli Ələkbərli açıq elan etmiş sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra söz Filologiya fakültəsi Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcova verilmişdir. Anar Fərəcov Ulu Öndərimizin yaddaşlardan heç vaxt silinməyəcəyini, hər zaman xalqımızın ürəyində yaşayacağını vurğulamışdır. Ardınca Tarix fakültəsinin Azərbaycan tarixi humanitar fakültələr kafedrasının professoru Nuru Məmmədov bildirmişdir ki, Heydər Əliyev hər zaman xalqımızın rifahı üçün çalışmış, dövlətimizin gələcəyini öz canından da artıq düşünmüşdür. Sonra isə Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Vəliyeva Şüşəxanım gənclərin Heydər Əliyevə duyduğu məhəbbətdən bəhs etmişdir.
Sonda video-çarx təqdim edilmişdir.
Son XƏBƏRLƏR
22.10.2026 | 17:33
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə “Ekskursiya” klubunun birgə təşkilatçılığı ilə İstiqlal Muzeyinə ekskursiya keçirilib
22.10.2026 | 17:26
BDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib
09.10.2026 | 09:51
Tarix fakültəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Addım-addım Zəfərə…” adlı tədbir keçirilib
06.10.2026 | 20:52