Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində onlayn ustad dərsi keçirilib.
28 oktyabr 2021-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində onlayn ustad dərsi keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirdi ki, Bakı Dövlət Universiteti ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində 2021/2022-ci tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq müxtəlif elmi istiqamətlər üzrə BDU alimləri tərəfindən BDU və MDU tələbələri və əməkdaşları üçün onlayn şəkildə ustad dərslərinin keçirilməsi nəzərdə tutulub, keçirilən bu tip onlayn elmi tədbirlərin əsas məqsədinin hər iki ali təhsil müəssisəsinin əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaqdan, bir əsrdən çox yaşı olan Taix fakültəsinin tanınmış alimlərinin son elmi tədqiqatları haqqında məlumatları və onların tədrisi təcrübəsini yaymaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, t.e.d., professor Anar İsgəndərov "1918-ci il mart soyqırımının tarixşünaslığı" mövzusunda məruzə ilə çıxış etdi.
Azərbaycan tarixşünaslığının ən aktual məsələlərindən biri olan 1918-ci il soyqırımı mövzusuna dair nadir arxiv sənədləri və mənbələrə istinad edən professor məruzəsində erməni cəmiyyətində əsrlərdir kök salmış türk düşmənliyi məsələsinin tarixi köklərinə diqqət çəkdi, 1905 - 1906 – cı illər, 1918-ci il mart, Xocalı soyqırımlarının səbbələri və nəticələri haqqında ətraflı məlumat verdi, və nəhayət, 44 günlük Vətən müharibəsində Müzəffər Ali baş komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində tarixi zəfər qazanan Şanlı Azərbaycan Ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını, bu tarixi zəfərin Azərbaycan xalqının son iik yüz illik tarixində ən böyük qələbəsi olduğunu, Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını bildirdi.
“Microsoft Teams” platforması üzərindən 290 nəfərdən çox iştirakçı ilə iki saata yaxın davam edən ustad dərsi maraqlı müzakirələlə yadda qaldı.