“Azərbaycanda XIX əsrin sonlarında başlanan intellektual sıçrayış-milli ziyalı elitamızın formalaşması” mövzusunda elmi seminar keçirilib.
29 mart 2024-cü il tarixində Slavyan ölkələri tarixi kafedrasının dosenti t.ü.f.d. Sevda Bəhmən qızı Hüseynovanın elmi seminarı keçirildi. Sevda Hüseynova “Azərbaycanda XIX əsrin sonlarında başlanan intellektual sıçrayış-milli ziyalı elitamızın formalaşması” mövzusunda məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, XIX əsrin son rübündə iqtisadiyyatın kapitalist inkişafı cəmiyyətin sosial tərkibində də köklü dəyişikliklərin baş verməsinə həlledici təsir göstərmişdir ki, bu da millətin formalaşması kimi tarixi bir prosesi yetişdirmiş oldu. Bu prosesin nəticəsində milli burjuaziya,milli ziyalı təbəqəsi ,fəhlə təbəqəsi və onun təşkilatları formalaşmağa başladı.
Məhz bu dövrdə Azərbaycanın milli burjuaziyası çarizmin bütün təzyiqlərinə baxmayaraq,bu dövrdə milli hərəkatımızın başlanmasının və inkişafının əsas təkanverici qüvvəsinə çevrilmiş oldu.Yenicə başlanan bu milli hərəkatımızın əsas aparıcı qüvvəsi və ideoloji rəhbərləri isə bu dövrdə formalaşan milli ziyalı-intellektuallarımız təşkil etmişlər.İntellektual intibahının birinci mərhələnin ən görkəmli nümayəndələri-milli hərəkatın ilkin ideoloqları da Ə.Topçubaşov ,Ə.Hüseynzadə və Ə.Ağayev olmuşlar.
Birinci mərhələdən sonra isə XX əsrin başlanğıcından intellektual intibahımızın II mərhələsi başlanır ki,bu dövrün də ən görkəmli nümayəndələri M.Ə.Rəsulzadə, N.Yusifbəyli, F.Xoyski, B.Cavanşir Ü və C.Hacıbəyovlar və s. olmuşlar.Bu dövrün adını çəkdiyimiz intellektualları isə milli-azadlıq hərəkatımızın rəhbərlərinə çevrilərək, dövlətçiliyimiz tarixində yeni mərhələnin əsasını qoymuş oldular.
Elmi seminarda tələbələr və magistrantlar bilgə fakültənin müəllimləri də iştirak etmişlər. Məruzə böyük maraqla qarşılardı, iştirakçılar tərəfindən suallar verildi, müzakirələr aparıldı.