“Azərbaycan Xalq Cümhuriyyəti-106 illik tarix” mövzusunda elmi tədbiri keçirilmişdir.
23.05.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının və kafedranın nəzdində fəaliyyət göstərən “Gənc tarixçilər dərnəyi”-nin təşkil etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti-106 illik tarix” mövzusunda elmi tədbiri keçirilmişdir.
Tədbirin açılış nitqini Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisin deputatı professor Anar İsgəndərov etdi. İlk olaraq Azərbaycan Respublikası himni səsləndirilir, sonra isə Vətən yolunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. “Vətən Tarixinin Şərəf Zirvəsi-Azərbaycan Xalq Cümhuriyyəti” adlı məruzə ilə çıxış edən professor Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixşünaslığındakı yerindən bəhs etdi. Sonra isə söz Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalova verildi. İbrahim Zeynalov tədbiri yüksək qiymətləndirərək, tədbir iştirakçılarına və “Gənc tarixçilər dərnəyi”-nə gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
Dərnəyin rəhbəri Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Kəmalə Məmmədova tədbir iştirakçılarına təşəkkür edərək sözü dərnəyin üzvlərinə verdi. Tədbirin məruzəçiləri Tural Qaffarov “Cümhuriyyət dövründən başlanan aviasiya tarixi”, Elmira Süleymanova “The role of our women in creation Azerbaijan Democratic Republic”, Əsgər Əsgərov “Məhəmməd Əmin Rəsulzadə və Yusif Vəzir Çəmənzəminli yaradıcılığında Azərbaycan Xalq Cümhuriyyəti”, Roza İsmayılova “Развитие печати в период Азербайджанской Демократической Республики”, Nəzrin Allahverdiyeva “XX əsr şairlərinin yaradıcılığında Azərbaycan istiqlalının əks olunması” adlı məruzələrlə çıxış etmişdilər. Sonda dərnək üzvləri sertifikatlarla təltif olundular.