“Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrası nəzdində “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-da “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda elmi seminar keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərancamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Sərəncama uyğun olaraq Tarix fakültəsində beynəlxalq elmi konfrans və simpoziumların, elmi seminarların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar 2023-cü il 17 may tarixində Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası nəzdində Dünya azərbaycanlıları: tarixi-demoqrafiya ETL-da “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda ETL-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Hacıyevin məruzəsi dinlənilib. Elmi seminarda akademik Yaqub Mahmudov, dosent Mehman Abdulayev, dosent Kəmalə Nəcəfova, ETL-nın və kafedranın əməkdaşları, doktarant və magistrlər iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə açan fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-nın fəaliyyəti, elmi seminarın mövzusunun əhəmiyyəti haqqında danişdı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərancamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Sərəncamdan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə Bakı Dövlət Universitetinin rektorunun 2023-cü il 23 yanvar tarixli R-04 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planına uygun olaraq il ərzində Tarix fakültəsində beynəlxalq elmi konfrans və simpoziumların, elmi seminarların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar, 2023-cü il 17 may tarixində Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası nəzdində Dünya azərbaycanlıları: tarixi-demoqrafiya ETL-da “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda elmi seminarın keçirilməsi planlaşdırılmışdır. Sonra Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev elmi seminarı açıq elan edərək sözü məruzəçiyə verdi.
Asəf Hacıyev məruzəsində bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edir və bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edir. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci ilin dekabrın 25-də müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edir. Bu qərar bir tərəfdən Ulu Öndərin uzun illərdən bəri uğrunda mübarizə apardığı amalın qələbəsi idisə, digər tərəfdən müstəqilliyin bərpa olunmasından sonra bütün dünyaya səpələnmiş milyonlarla azərbaycanlının vahid ideologiya ətrafında birləşdirilməsinə xidmət edirdi.
1993-cü ildə prezident seçildikdən sonra Ulu Öndərin diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdiyini qeyd edən məruzəçi 2001-ci ilin may ayının 23-də həmin ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladığını bildirdi. Həmin qurultayın iştirakçısı olan Asəf Hacıyev öz çıxışında Ulu öndərin bu sərəncamı imzalamaqla dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə aldığını vurğuladı.
Elmi seminarda iştirak edən Qədim dünya və orta əsrlar tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyətindən və bu istiqamətdə respublikada görülən böyük işlərdən danışdı və seminar iştirakçılarına özünün də iştirakçısı olduğu bir çox tədbirlər haqqında maraqlı faktlar danışdı.
İki saata yaxın davam edən elmi seminar maraqlı çıxışlarla yekunlaşıb.