“Azərbaycan Respublikasının Konstitusiyası–Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.
-lg.jpg)
“Azərbaycan Respublikasının Konstitusiyası–Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika Elmi Konfransı açılış mərasimi və Plenar iclasdan sonra Tarix fakültəsində bölmə iclasları ilə öz işini davam etdirmişdir.
I Bölmənin “Azərbaycanın dövlət müstəqilliyinin bərpası. Azərbaycan dövlətçiliyinin Heydər Əliyev dövrü” və “Milli dövlətçiliyimizin İlham Əliyev dövrü. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması” başlıqlı iki iclasına ümumilikdə 31 məruzə qəbul olunmuşdu. Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalovun sədrliyi ilə keçən “Azərbaycanın dövlət müstəqilliyinin bərpası. Azərbaycan dövlətçiliyinin Heydər Əliyev dövrü” adlı iclasda BDU, Tarix fakültəsi Qədim dünya və orta əsrlər kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Azərbaycan dövlətçiliyinin Heydər Əliyev dövrü”, prof. millər vəkili, BDU Tarix fakültəsi Mənbəşünalıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi, t.ü.f.d. Naqif Həmzəyev “Tarixi Qarabağ Zəfərinin siyasi və hüquqi təntənəsi”, BDU Tarix fakültəsi Mənbəşünalıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, t.ü.f.d. Aydın Məmmədov “Azərbaycanın milli dövlət quruculuğunda Konstitusiyamızın tarixi rolu, BDU rektorunun köməkçisi, Tarix fakültəsi Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, t.ü.f.d. Hüseyn Hüseynli “Konstitusiya və suverenlik: Milli Qurtuluşdan Zəfərə”, BDU Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova “Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış: məcburi köçkünlərin konstitusion hüquqlarının bərpası”, BDU Tarix fakültəsi Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev “Azərbaycan Respublikasının Konstitusiyası: ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması”, Dünya azərbaycanlıları ETL-nin müdiri, dosent Səidə Quliyeva “Azərbaycanın suverenliyinin tam bərpasında antiterror tədbirlərinin hüquqi-siyasi mahiyyəti”, BDU Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, t.ü.f.d. Hicran Mahmudova “Tarixi və mədəni irsin qorunmasının konstitusion əsasları”, BDU Tarix fakültəsi Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi, t.ü.f.d. Günel Əliyeva-Məmmədova “Uğurlu siyasətin nəticəsi – Suverenliyin bərpası”, BDU Tarix fakültəsi Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi, t.ü.f.d. Nigar Abbaszadə “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası – dövlət müstəqilliyinin və suverenliyinin qorunmasında hüquqi bazadır”, BDU-nunu doktorantı Rauf Qurbanov “Azərbaycan dövlətçiliyinin tarixi inkişafında “konstitusiya” və “suverenlik” anlayışlarının təkamülü” mövzusunda çıxışlar etdilər.
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçən “Milli dövlətçiliyimizin İlham Əliyev dövrü. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması” adlı bölmə iclasında BDU – nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderlik fəaliyyətində suverenlik və konstitusiyanın rolu”, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə “Zəfərdən suverenliyə: dövlətçilik və milli ideya”, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Suverenliyin bərpasına aparan yol Milli Qurtuluşdan başlayır”, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası: genişmiqyaslı islahatların həyata keçirilməsində zəminin yaradılması”, BDU-nun Slavyan ölkələri tarixi kafedrasının müdiri dosent Abutalıb Cəlilov “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət hakimiyyət orqanlarının demokratik əsaslarla formalaşdırılması”, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova “Heydər Əliyevin dövlətçilik konsepsiyası: suverenlik və milli inkişaf modeli”, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev “Suverenliyin bərpası – liderlik amili” adlı, BDU-nun HİK sədri, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi t.ü.f.d. Rəşad Cabarov “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğunun hüquqi bazasıdır”, BDU-nun Tarix fakültəsinin dekan müavini t.ü.f.d. Aytən Abbasova-Quliyeva “Azərbaycan Respublikasının suveren hüquqlarının beynəlxalq səviyyədə müdafiəsində siyasi-diplomatik mexanizmlər”, BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müəllimləri - t.ü.f.d. Sevinc Məlikzadə “Milli suverenlik ili və Azərbaycan Konstitusiyasının təkmilləşdirilməsi istiqamətləri Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsi”, t.ü.f.d. Sayad Mehtizadə “Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsi: Konstitusiya”, “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” ETL-nin t.ü.f.d. Asəf Hacıyev “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir”, BDU-nun Tarix fakültəsinin doktorantı Balamirzə Məmmədli “Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu dövlətçilik tariximizin mühüm hadisəsi kimi” adlı məruzələrlə çıxış etdilər. Bütün çıxışlarda Azərbaycanın dövlətçilik tarixində suveren və konstitusion idarəçiliyin Azərbaycan modelinin uğurlarına xüsusi diqqət yetirildi, xalqımızın ən ali mənəvi-mədəni dəyərlərinin, hüquqlarının dövlət səviyyəsində qorunması məsələləri, eyni zamanda bu istiqamətdə ənənələrin saxlanıb inkişaf etdirilməsi və varisliyin rolu vurğulandı.