“Azərbaycan arxeoloji landşaftı və ətraf mühit” mövzusunda elmi seminar keçirilmişdir.
29.11.2024 tarixində BDU Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbirlər çərçivəsində “Azərbaycan arxeoloji landşaftı və ətraf mühit” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda fakültənin dekanı, professor İbrahim Zeynalov, Elmi İşlər üzrə dekan müavini, dos. Kəmalə Nəcəfova, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dos.Mehman Abdullayev, Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi t.ü.f.d. Hicran Mahmudova,Tarix TEC-nin sədri Nigar Səfərova və fakültə Elmi Cəmiyyətinin fəal üzvləri iştirak etmişdilər. Fakültə dekanı, professor İbrahim Zeynalov "Yaşıl dünya naminə həmrəylik ili " haqqında məlumat vermiş və növbəti elmi seminarlar üçün Tarix TEC- ə uğurlar diləmişdir.Tarix fakültəsi TEC-nin sədri Nigar Səfərova Azərbaycanın arxeoloji landşaftı və onun əlverişli olması haqqında qısa məlumat verdikdən sonra elmi seminarda 3 məruzə dinlənilmişdir. Tarix fakültəsinin II kurs tələbəsi Cəfərov Əlisahib "Azıx mağarası və Azərbaycanda ilk insan məskənləri üçün əlverişli şərait" mövzusunda çıxış etmiş, müxtəlif və əhəmiyyətli məlumatları iştirakçıların nəzərinə çatdırmışdır. Tarix fakültəsinin III kurs tələbəsi İsmayılzadə Aytac "Damcılı mağarası və Gəncə-Qazax bölgəsinin arxeoloji landşaftı" adlı məruzəsində slaydlar nümayiş etdirməklə çıxış etmişdir. Tarix fakültəsinin IV kurs tələbəsi Əsgərli Əsgər "Azərbaycanın arxeoloji landşaftı və Tağlar mağarası" mövzusunda məlumat vermiş və iştirakçıların bir sıra suallarını cavablandırmışdır. Elmi İşlər üzrə dekan müavini dos.Kəmalə Nəcəfova seminarla bağlı öz fikirlərini dilə gətirmiş, seminar iştirakçıları ilə mövzuyla bağlı müzakirələr aparmışdır. Dos. Mehman Abdullayev və t.ü.f.d. Hicran Mahmudova da müzakirələrə qoşulmuş, öz fikirlərini bildirmiş və növbəti fəaliyyəti üçün Tarix TEC-ə uğurlar diləmişlər.