AVROPA VƏ AMERİKA ÖLKƏLƏRİNİN YENİ VƏ MÜASİR TARİXİ KAFEDRASINDA ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR
27.01.2025 tarixində Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Hüseynlinin "II Qarabağ müharibəsi zamanı Türkiyənin Cənubi Qafqaz siyasəti" mövzusunda elmi seminarı keçirilib. Məruzəçi 2002-2021-ci illərdə Türkiyənin Cənubi Qafqaz siyasətindən bəhs edərək, regionda baş verən proseslərin nəticəsi kimi II Qarabağ müharibəsinə gətirib çıxaran səbəblərdən ətraflı danışıb. O cümlədən, müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar və Türkiyənin bu istiqamətdə xarici siyasət strategiyasından bəhs edib. Qeyd edək ki, seminarda kafedranın professor-müəllim heyəti ilə yanaşı, fakültənin doktorant və magistrantları da iştirak etmişdir.