Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi Bircə Bayramovanın təşkilatçılığı ilə “Səlcuqlar” mövzusunda interaktiv açıq dərs keçirildi
-lg.jpg)
Tarix dərsləri yalnız keçmişi öyrənmək deyil, onu yaşatmaqdır!
Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi Bircə Bayramovanın təşkilatçılığı ilə “Səlcuqlar” mövzusunda interaktiv açıq dərs keçirildi. Tarix müəllimliyi ixtisasının 104, 106 və 108-ci qruplarında baş tutan dərsdə tələbələrin fəal iştirakı, müzakirə və debatları xüsusi diqqət çəkdi.
Açıq dərsdə tədris işləri üzrə dekan müavini Aytən Abbasova-Quliyeva və müəllim heyəti iştirak etdi.
Dərs zamanı Səlcuq dövlətinin siyasi, sosial və mədəni xüsusiyyətləri interaktiv üsullarla təhlil olundu. Tələbələr tapşırığa əsasən müxtəlif tamğa və tuğra fonunda simvollar nümayiş etdirdilər.
Belə innovativ və interaktiv yanaşmalar gələcəyin peşəkar tarix müəllimlərinin formalaşmasında mühüm rol oynayır.