Arxeologiya və etnoqrafiya kafedrasının təşkilatçılığı ilə “Azərbaycan xalqının ibtidai inancları və onun müasir məişətdə yeri” mövzusunda ustad dərsi keçirilmişdir
-lg.jpg)
09 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dos. Tahir Şahbazovun Arxeologiya və etnoqrafiya kafedrasının istiqamətinə müvafiq olaraq, “Etnoqrafiya” fənni üzrə “Azərbaycan xalqının ibtidai inancları və onun müasir məişətdə yeri” mövzusunda ustad dərsi keçirilmişdir.
Ustad dərsində ibtidai inancların genezisi, meydana gəlmə səbəbləri, formaları və müasir vəziyyəti geniş şəkildə müzakirə olunmuş, ibtidai inancların arxaik, itirilmiş bir düşüncə tərzinin olmadığı dinləyicilərin diqqətinə çatdırılmış, onların qədimdən insanın həyata, təbiətə, təbiət hadisələrinə münasibətinin geniş forması, dini-fəlsəfi dünyagörüşün ilkin rüşeymləri kimi rolu vurğulanmışdır. Ustad dərsin sonunda Tahir Şahbazov mövzu ilə bağlı tələbələri maraqlandıran suallara cavab vermışdir.
Ustad dərsi tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, Azərbaycan xalqının etnoqrafiyası üzrə aktual problemlərin araşdırılmasının əhəmiyyətinin dərk edilməsinə töhfə vermişdir.