Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, t.ü.f.d. Hicran Mahmudovanın elmi seminarı keçirilmişdir
-lg.jpg)
18 dekabr 2025-ci il tarixində Arxeologiya və etnoqrafiya kafedrasında Elmi plana müvafiq olaraq, kafedranın müəllimi, t.ü.f.d. Hicran Mahmudovanın “Qarabağ e.ə.I minillikdə” mövzusunda elmi seminarı keçirilmişdir. Qarabağın maddi irsi və onun öyrənilməsi Ümümazərbaycan tarixi irsinin mühüm tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir. Eramızdan əvvəl I minillikdə Qarabağ bölgəsi Qafqazın mühüm mədəni-siyasi mərkəzlərindən biri kimi formalaşmışdır. Bu dövrdə bölgədə dəmir və erkən antik dövrə aid arxeoloji abidələr geniş yayılmışdır. Qarabağda aparılmış qazıntılar nəticəsində yaşayış məskənləri, qalalar, kurqan tipli qəbir abidələri, gil qablar, metal məmulatlar (xəncərlər, nizə ucluqları, bəzəklər) və saxsı ocaqlar aşkar edilmişdir. Burada skif tipli tapıntılar üstünlük təşkil edir. Qeyd etmək lazımdır ki, işğal dövründə Qarabağ kurqanları, eləcə də Şahbulaq qalası ətrafında qeyri-qanuni qazıntılar aparılaraq abidələrə müdaxilələr edilməsinə cəhd olunmuşdur. Bu baxımdan da Qarabağın arxeoloji irsinin araşdırılıması günümüzün aktual məsələlərindəndir. Odur ki, Zəfərlə bitən Vətən müharibəsindən sonra burada arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılır və müdaxilələrin elmi əsası olmadığı təsdiq edilir.
Sonda elmi seminar iştirakçıları mövzu ilə bağlı ətraflı müzakirələr apardılar. Kafedra müdiri, t.e.d. Tarix Dostiyev, dosent Qanira Pirquliyeva, t.ü.f.d. Fəxriyyə Həvilova və t.ü.f.d. Əmanət Əsədova çıxış edərək, məruzə ilə bağlı fikirlərini bildirdilər. Məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırmış, müasir arxeoloji qazıntıların əhəmiyyətini bir daha vurğulamışdır.