Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Qanira Pirquliyeva beynəlxalq konfransda iştirak etmişdir
-lg.jpg)
Xəzər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Yunus Emre İnstitutu, Türk Dil Qurumu və Mərmərə Universiteti Türkiyat Araştırmaları İnstitutunun birgə təşkilatçılığı ilə 2026-cı il fevralın 27-28-də “100-cü ilində Bakı Türkoloji Qurultayı” adlı beynəlxalq konfrans keçirildi. Konfrans ilk gündə yüz il əvvəl Birinci Türkoloji Qurultayın keçirildiyi, hazırda AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi tarixi binada, eyni salonda təşkil olundu. Plenar iclaslar isə Xəzər Universitetində keçirildi. Beynəlxalq konfransa bir çox ölkələrdən o cümlədən Türkiyədən və Mərkəzi Asiya dövlətlərindən alimlər gəlmişdi. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Qanira Pirquliyeva 27 fevral 2026-cı il tarixində “Bakı I Türkologiya qurultayı (1926): Türk dünyasının intellektual konstitusiyası” adlı mövzuda çıxış etmişdir. Məruzənin dinlənildiyi bölməyə Türkiyə Cumhuriyyətinin Təhsil Nazirinin müavini moderatorluq edirdi. İclasda tanınmış türkoloq alimlərlə yanaşı Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı iştirak edirdi. Məruzə maraqla qarşılandı.