Anım günü ilə bağlı tədbirdə iştirak edildi
2023-cü il dekabrın 12-də Dövlət İmtahan Mərkəzində Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdən öncə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Heydər Əliyevin Mərkəzin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Ümummilli lider H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən DİM-in Tarix fənni üzrə elmi-metodiki seminarının rəhbəri, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev milli dövlətçiliyin inkişaf etdirilməsi, dövlətin siyasi, hüquqi, iqtisadi və mədəni əsaslarının möhkəmləndirilməsində Ulu öndərin göstərmiş olduğu misilsiz xidmətlərdən danışıb.