“Ağqoyunlular (Bayandurlular) zamanında Azərbaycanda etnokonfessional durum (ingilisdilli tarixşünaslıqda)” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
04 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında elmi seminar keçirilmişdir. Seminar kafedranın 5509.01 "Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları" ixtisası üzrə elmlər doktorluğu doktorantı, tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirovun “Ağqoyunlular (Bayandurlular) zamanında Azərbaycanda etnokonfessional durum (ingilisdilli tarixşünaslıqda)” mövzusuna həsr olunmuşdur.
Məruzədə Ağqoyunlu dövründə Azərbaycanda etnokonfessional proseslərin xüsusiyyətləri, bu məsələlərin ingilisdilli tarixşünaslıqda qoyuluşu və interpretasiya problemləri geniş şəkildə təhlil edilmişdir. Tədqiqat çərçivəsində müxtəlif xarici müəlliflərin yanaşmaları müqayisəli şəkildə nəzərdən keçirilmiş, mövcud elmi yanaşmaların üstün və zəif tərəfləri diqqətə çatdırılmışdır.
Seminarda kafedranın professor-müəllim heyəti və tarix ixtisası üzrə təhsil alan tələbələr iştirak etmiş, mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
Tədbir elmi müzakirələrin genişləndirilməsi və gənc tədqiqatçıların elmi fəaliyyətə təşviqi baxımından əhəmiyyətli olmuşdur.